Homoseksual cütlüyün 34 milyon dollarlıq villası - fotolar

Homoseksual cütlüyün 34 milyon dollarlıq villası - fotolar
6235 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ser Elton Con və həyat yoldaşı Devid Förniş Kaliforniyada 34 milyon dollara villa alıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 68 yaşlı homoseksual ifaçı burada Devid və övladlığa götürdüyü uşaqlarla yaşayacaq.

Onlar 2001-ci ildə Beverli Hillzdə inşa edilən villanı "Guess" markasının ortağı Armand Marsianodan alıblar. Əsl dəyəri 63 milyon dollar olan evin üç mərtəbəsi, 7 yataq otağı, 10 böyük, 12 kiçik hamam otağı, böyük yemək otağı, böyük salonu, kitabxanası, şərab deposu, kinoteatrı və idman salonu var.