Mehmandarovun 160 illik yubileyi qeyd olundu - fotolar

Mehmandarovun 160 illik yubileyi qeyd olundu - fotolar
701 dəfə oxunub
  • A-
  • A
  • A+
Gəncədə Səməd bəy Mehmandarovun 160 illik yubileyi münasibətilə tədbir keçirilib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, ölkə başçısının sərəncamına uyğun olaraq görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinə həsr olunan ilk tədbir Gəncə Olimpiya İdman Kompleksində baş tutub.

Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə görkəmli generalın döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə sədaqətindən danışılıb, onun Azərbaycanın hərb tarixinə verdiyi töhfələrdən söz açılıb və 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin ədəbi-bədii kompozisiya hissəsindən sonra əsgərlər nümunəvi çıxışlar nümayiş etdiriblər.