Azərbaycanlı rəssamın əsərləri ABŞ-da - fotolar

Azərbaycanlı rəssamın əsərləri ABŞ-da - fotolar
676 dəfə oxunub
  • A-
  • A
  • A+

Miçiqan ştatındakı Arte De Mundo qalereyasında keçirilən “Dünya incəsənəti” ekspozisiyasında Azərbaycanın tanınmış rəssamı, beynəlxalq mükafat laureatı Mehriban Əfəndinin əsərləri də nümayiş etdirilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, rəssamın “Twirling”, “Shabi", “Hicran”, “Impressiya”, “Yaz təranələri”, “Gecənin mistikası" əsərləri orijinal və rəqəmsal sürətində nümayiş olunub.

Mehriban Əfəndi 3 il əvvəl Arte De Mundo qalereyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Qalereyanın rəhbəri Vircinya Ximenez dəfələrlə rəssamın əsərlərini beynəlxalq ekspozisiyalarda nümayiş etdirib.

Mehriban Əfəndi 2010-cu ildən Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrindən olan rəssamları birləşdirən “Beynəlxalq sürrealizm bu gün” layihəsində də iştirak edir. ABŞ-dan başqa, həmyerlimizin əsərləri Hollandiya, Portuqaliya, Bolqariya və başqa ölkələrdə də nümayiş olunub. 2003-cü ildə M.Əfəndi dünyanın ən yaxşı kompyuter rəssamlarının və 2010-cu ildə dünyanın 56 ən görkəmli sürrealizm rəssamlarının sırasına düşüb.

Rəssamın Amerikada ilk fərdi sərgisi 2005-ci ildə Montana ştatının Biqfork şəhərində keçirilib. 2014-cü ildə o, Sandro Bottiçelli adına İtaliya mükafatının laureatına sahib olub.