Ancelina Coli və uşaqları sadəlikləri ilə seçildilər - fotolar
Dünya
10:47 / 28.10.15
3799dəfə oxunub
A-
A
A+
Aktrisa Ancelina Coli və dörd böyük uşağı Los-Anceles hava limanında görünüblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, oğulluğu Madoksun vətəni Kambocada film hazırlıqları üçün ailəvi gəzintidə olan Coli dünyanın ən böyük ulduzlarından olsa da, sadəliyi ilə yenə seçilib.
O, uşaqları Maddoks, Paks, Zahara və Şilon ilə birgə hər kəsin istifadə etdiyi ümumi yoldan keçib. Həyat yoldaşı, aktyor Bred Pit və əkiz uşaqları isə həmin vaxt aeroportda olmayıblar.
Coli və uşaqları yüklərini heç bir kömək almadan özləri daşıyıblar. Tam sadə geyimdə və fotoqraflardan gizlənmədən rahat hərəkət edən ailə hər kəsin rəğbətini bir daha qazanıb.