Müğənni Lətifə Soyuöz “Xeyirə qarşı” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi hər zaman qara libas geyinməsinin səbəbini açıqlayıb:
“Hər zaman sual verirlər ki, “Niyə qara geyinirsən?”. Bu rəngi çox sevirəm. Təsadüfən verilişlərə gedəndə hər zaman qara libas seçirəm. Amma həyatda rəngli paltarlar geyinirəm. Rok stilli mahnılar oxuyuram. Bu janr da qara rəngi sevir”.