Məşhur türk serialının qəhrəmanı Bakıdadır - fotolar

Məşhur türk serialının qəhrəmanı Bakıdadır -  fotolar
8682 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur “Beni affet” serialında Şahin Ayazı canlandıran Okan Şenozan Bakıya qəlib.

Axşam.az-ın məlumatına görə, aktyorluqla yanaşı qiraət ustası kimi də tanınan Okan Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək.

O, səhnəni qardaş ölkədən gələn 3 opera artisti və yerli orkestrimizla bölüşəcək. O.Şenoz orkestrin ifası zamanı şeirlər səsləndirəcək. Aktyor hazırda filarmoniyada gedən məşq prosesində iştirak edir.

Okan Şenozanın qatıldığı bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş “Çanakkale 1915” oratoriyası oktyabrın 30-da nümayiş olunacaq. Tədbirdə Yalçın Adıgözəlovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orekstri, Gülbaci İmanovanın Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.