Gizlicə evlənən cütlüyün toy videosu

Gizlicə evlənən cütlüyün toy videosu
3282 dəfə oxunub
  • A-
  • A
  • A+
Gizlicə ailə quran müğənni Vera Brejneva ilə prodüser Konstantin Meladzenin toy videosu yayılıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, video-görüntünü Ukraynanın “TCH” kanalı əldə edib. Cütlük Forte-Dey-Marmi şəhərinin bələdiyyə binasından çıxaraq avtomobilə doğru gedərkən görülür. Veranın əynində ənənəvi gəlinlik libası olsa da, Konstantin seçimini cins şalvar, ağ köynək və mavi pencəkdən dolayı edib.

Xatırladaq ki, 33 yaşlı Brejneva ilə 52 yaşlı Meladzenin toyunun olması xəbəri hələ bir neçə gün əvvəl yayılıb. Cütlük indiyədək münasibətini hamıdan gizli saxlayıb. Onların toy xəbəri isə əsl sensasiyaya səbəb olmuşdu.