"My name is İntiqam"ın ikinci hissəsi təqdim olundu - fotolar

"My name is İntiqam"ın ikinci hissəsi təqdim olundu - fotolar
18123 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Nizami Kino Mərkəzində “My name is İntiqam” komediya filminin ikinci hissəsinin - “My name is İntiqam 2 -Moldova” qala-gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, gecədə sənət aləminin tanınmış simaları, moldovalı qonaqlar iştirak ediblər. Filmin nümayişindən əvvəl qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxıblar.

Qeyd edək ki, “My name is İntiqam 2-Moldova”da aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli, Ənvər Abbasov, Niftulla Əsgərov və Moldovanın komediya ustası aktyor İon Mocano çəkiliblər.

Rejissor İlham Yaşaroğlunun komediya janrında çəkdiyi ekran işinin ideya müəllifi Fariz Əliyevdir.

Foto: Ramin ASLANOV