Ən çox bilet bu tamaşaya satıldı - Azərbaycanda

Ən çox bilet bu tamaşaya satıldı -  Azərbaycanda
995 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 30-da Rus Dram Teatrının səhnəsində rejissor İrqar Safatın Ceyn Ostinin romanı əsasında səhnələşdirdiyi "Qürur və qərəz" tamaşası növbəti dəfə oynanılacaq.

Teatrdan Axşam.az-a verilən məlumata görə, bu, teatrın ən çox bilet satılan tamaşasıdır.

Tamaşanın rəhbəri xalq artisti Aleksandr Şarovskidir. Eyni zamanda əməkdar artistlər Omir Nağıyev, Natalya Balıyeva, həmçinin teatrın artistləri İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya və başqaları iştirak edirlər.

Onu da qeyd edək ki, bu günə qədər "ingilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin "Qürur və qərəz" romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.