Əməkdar artist Tünzalə Əliyeva təqdimat mərasimlərindən birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Xeyli arıqlaması diqqətdən yayınmayan aktrisa Axşam.az-a açıqlama verib:
“Əvvəl arıqlayıb, qısa vaxtda da kökəlirdim. İndi elə deyiləm. Bundan sonra ancaq arıqlayacağam. İdmanla ciddi məşğul oluram. Çalışıram, pəhriz saxlayım”.
“Toppuş bacı” yaradıcılığından da danışıb:
“Özəl filmlərə dəvət almıram. Əgər təklif gəlsə, razılaşaram. Hazırda başım “Qardaşlar” serialına və “Cer-cehiz” verilişinə qarışıb. Hər ikisi sevilir, bəyənilir və izlənilir”.
Qeyd edək ki, T.Əliyeva arıqlayıb, 100 kiloqram olduğunu bildirib. O, 32 kiloqram çəki atıb.
Foto: Ramin ASLANOV