"JW Marriott Abşeron Bakı" otelində “Business Networking” baş tutub.
Axşam.az-ın məlumatına görə, tədbirin əsas məqsədi biznes sahəsində fəaliyyət göstərən insanların birbaşa kommunikasiya aktivliyini təmin etmək və komfortlu şəraitdə fərqli ideyaların, faydalı layihələrin yaranmasına kömək olmaq idi.
“Ragimoff Coaching” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın ən qabaqcıl şirkətlərinin rəhbər nümayəndələri, marketinq, satış, insan resursları üzrə departament rəhbərləri, sahibkarlar, müxtəlif biznes profilləri üzrə peşəkarlar öz bizneslərini təmsil ediblər. Coffee-break zamanı qonaqların bir-birini ilə ünsiyyət qurma imkanı yaranıb. 300-ə yaxın iş adamının qatıldığı tədbirdə tanınmış müğənnilər, aparıcılar da olub.
Qeyd edək ki, növbəti “Business Networking” dekabrın 20-də baş tutacaq. Bu dəfə tədbir 2016-cı ildə biznesin inkişafı imkanlarına həsr olunacaq.