"Şişko Nuri" ləqəbi ilə tanınan aktyor Sıtkı Sezgin ekranlara geri dönür.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 7 ildir qocalar evində yaşayan Sezgin bir ay əvvəl gələn təkliflə yeni filmdə görünəcək. 65 yaşlı Sezgin bu haqda belə danışıb:
"Televiziya kanalları məşhurlaşdıqca mənim kimi sənətçilər arxa plana keçdi. Bəziləri dünyasını dəyişdi... Bu günlərdə məni qocalar evinin telefonuna çağırdılar. Bir filmdə mənim üçün rol düşündüklərini dedilər. Gözlərimə işıq gəldi. Rolum qozbel birini canlandırmaq olacaq, öhdəsindən gəlməliyəm".
Qeyd edək ki, 30 ildir sənətdən uzaq düşən aktyor Adile Naşit və Münir Özkul kimi məşhurla eyni filmdə rol alıb.