Roza Rüstəmlə çəkildiyi açıq-saçıq klipini təqdim etdi - video+fotolar

Roza Rüstəmlə çəkildiyi açıq-saçıq klipini təqdim etdi -  video+fotolar
10351 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli “Qəmli nağıl” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Zülfi Bədəlova məxsusdur. Ekran işində model Rüstəm Cəbrayılov da rol alıb.

R.Zərgərli klipin rejissorluğunu özünün etdiyini bildirib:

“Klipin yaxşı alındığını düşünürəm. Ekran işində yataq səhnəsi var. Hələ ki baxanlar tərifləyib. Ekran işində açıq-saçıq görüntülər çox yer aldı. Növbəti kliplərimdə daha da açıq səhnələr olacaq. Burada sevgi hekayəsi əks olunduğu üçün ağ-qara kadrlardan istifadə etdik. Çünki hissləri rəngli lentdə çatdıranda, çox da təbii olmur”.

R.Zərgərlini təbrik etməyə gələnlər arasında sənət aləminin tanınmış simaları da yer alıb.

Foto: Ramin ASLANOV