İrinanın sevgilisi aktrisa ilə qırmızı xalıda - fotolar

İrinanın sevgilisi aktrisa ilə qırmızı xalıda - fotolar
2533 dəfə oxunub
  • A-
  • A
  • A+
İngilis aktyor Bredli Kuper həmkarı və tərəf müqabili Sienna Millerlə birlikdə “Burnt” filminin qalasına qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Londonda görüşən cütlük qırmızı xalıda bir-birləriylə zarafatından da qalmayıb. Gecəyə “Mark Jacobs”dan libas seçimi edən 33 yaşlı Miller paltarının yaxasını düzəldərək hər hansı xoşagəlməz hadisənin baş verməsinin qarşısını qabaqcadan alıb.

Qeyd edək ki, bir qızı olan Sienna nişanlısı Tom Starricdən bu yaxınlarda ayrılıb. Bredli isə rusiyalı model İrina Şeyklə sevgilidir.