Yaponiyada, demək olar ki, hər bir evdə soyuqların düşməsi ilə kotasu – hibrid stol qurulur. Axşam.az adme.ru-ya istinadən xəbər verir ki, mərkəzi isitmə sistemi olmayan evlərin əsas əşyalarından biri də kotasudur. Kotasunun özəlliyi ondadır ki, alt hissəsində isitmə sistemi yerləşdirilən stolun ətrafı qalın ədyalla örtülür.
Bu ixtira uzun qış gecələrində dincəlmək və kitab oxumaq üçün nadir vasitədir.