"Haziran gecesi", "Küçük Kadınlar", "Emret Komutanım Yeniden" serialları ilə tanınan aktyor Halil Ercan evlənib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, musiqiçi Yıldız Hisarla ailə qurub. Cütlüyün toyuna sənət dünyasından yaxın dostları qatılıb.
Gecədə iştirak edən aktrisa Ayça Varlıer rəqsiylə ən çox diqqət çəkənlərdən olub.