"amfAR" fondu həmişə olduğu kimi Los-Ancelesdə keçirdiyi növbəti xeyriyyə tədbirinə ulduzları yığıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, QİÇS-ə qarşı tədbirdə məşhurlar müəyyən vəsaitin toplanmasında yardımçı olublar.
"American Horror Story" ("Amerikanın qorxu tarixi") serialının ulduzları - Sara Polson, Emma Roberts, Evan Piters qırmızı xalça üzərində görünüblər. Bu mövsüm layihəyə qatılan Ledi Qaqa qonaqların daha çox marağına səbəb olub.
Gecədə Qvinet Peltrou, Şeron Stoun, Alessanda Ambrosio və başqaları da libasları ilə diqqət çəkiblər. Xüsusilə, 57 yaşlı Ş.Stoun transparan köynəyi ilə fotoqrafların hədəfində olub.