İngilis müğənni Robi Uilyams aldığı yeni malikanəsi ilə gündəmdədir. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı ifaçı yeni evi üçün 38 milyon dollar ödəyib. Lakin işin maraqlı tərəfi, mülkün qiymətində yox, hamamlarının sayındadır.
Ayda Fildlə ailəli olan 2 uşaq atası Robinin malikanəsinin, düz, 22 hamamı var. Bu xəbər sosial şəbəkə istifadəçilərinin lağ hədəfinə çevrilib. Beverli-Hillzin bahalı səmtlərindən birində yerləşən evin 10 yataq otağı, tennis meydançası, hovuzu, idman zalı var.
Qeyd edək ki, Ayda Fildlə 2010-cu ildə ailə quran Robinin bir qızı və bir oğlu var.