Ramiz Mehdiyevlə Vasif Talıbov səsvermədə - fotolar
Xəbər
18:35 / 01.11.15
1418dəfə oxunub
A-
A
A+
Noyabrın 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, 1438 seçicinin qeydiyyatda olduğu məntəqədə seçkilərin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da ailə üzvləri ilə birlikdə Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində Azərbaycan Respublikasının Milli Məclisinə, həmin binada yerləşən 29-1 saylı seçki məntəqəsində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə səs verib. Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, 4-15 və 29-1 saylı seçki məntəqələrində 1464 seçici qeydə alınıb. Səhər saatlarından məntəqələrdə seçici fəallığı müşahidə olunur. Sakinlər rahat və sərbəst şəkildə səs verirlər.