Uzun müddətdir küsülü olan müğənni Natavan Həbibi və prodüser Tolik Kislovodskdə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, orada barışan tanınmışların birlikdə fotoları sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Tolik barışmaları ilə bağlı xəbəri İnstaqram səhifəsində yazmışdı:
"Bildiyiniz kimi bir neçə gündür, mən Azərbaycanda deyiləm. Qərib ölkədə aylardır, münasibətimiz anlaşılmaz olan Natavan Həbibi ilə görüşdük, danışdıq və bu söz-söhbətə son qoymaq qərarını verdik. Bir etiraf etmək istəyirəm ki, mən onun ailəsində aylardır, narahatlıq yaratmışam. Bizim barışığımızı kimlərsə nəyəsə yozmasın.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu barışıq nə Aygün xanıma görədir, nə də başqa bir adama görə... Bundan sonra kimlərinsə davasında adımın hallandırılmasına şərait yaratmayacağam”.
Xatırladaq ki, N.Həbibi Toliki şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən Tolik Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.