Gülnarə Xəlilovadan xanımlara məsləhət - fotolar

Gülnarə Xəlilovadan xanımlara məsləhət -  fotolar
3191 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Gülnarə Xəlilova qış dəbindən bəhs edib.

Modelyer Axşam.az-a açıqlamasında xanımlara məsləhət verib:

“Xanımlara birinci məsləhətim zövqlü olmaqdır. Hər bir geyimi seçərkən onu düzgün uyğunlaşdırmağa çalışın. Yeni dəbdə çox fərqli, maraqlı formalar var. Dəbdə qadağalar yoxdur. Həm enli və dar ətəklər, həm şalvarlar aktualdır. Qalır insanın öz zövgünə. Bədən quruluşuna uyğun, düzgün libas seçmək lazımdır. Bizim tək dostumuz güzgüdür. Ona diqqətlə baxanda bizə nəyin yaraşıb, yaraşmadığını biləcəyik. Bu fəsil çəhrayı qəhvəyi rənglərin qarışığı, açıq süd, qəhvəyi, elektrik, metalik, yaşıl tonlar dəbdə olacaq. Artıq əlvan rənglər soyuq havada da gündəmdədir".

Foto: Ramin ASLANOV