Müğənni Ayan Babakişiyeva İsraildə konsert proqramı ilə çıxış edib.
Axşam.az xəbər verir ki, tədbirə həm azərbaycanlılar, həm yəhudilər qatılıb.
Təəssüratlarını bölüşən A.Babakişiyeva konsertin maraqlı keçdiyini vurğulayıb:
"Bu qədər maraqlı olacağını heç gözləmirdim. Həm dağ yəhudiləri, həm İsraildə yaşayan azərbaycanlılar gəlmişdi. Hətta millət vəkilləri də ailələri ilə iştirak edirdi. Konsertlə bağlı təəssüratlarım gözəldir. Əsas odur ki, ailəm doğmalarım yanımda idi. Qızım, anam və xalamla Bakıya qayıtdıq. Səfər zamanı həm istirahət etdik, həm də maraqlı proqramlar oldu. İsrailin yerli telekanallarına və saytlara müsahibə verdim və hamısı yayımlanıb".