Ailəsi üçün məktəbi atmışdı, 79 il sonra isə... - fotolar

Ailəsi üçün məktəbi atmışdı, 79 il sonra isə... - fotolar
1651 dəfə oxunub
  • A-
  • A
  • A+

Marqaret Tom Bekem Qrand-Rapids (ABŞ, Miçiqan ştatı) katolik məktəbinin diplomunu 79 il sonra alıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 1936-cı ildə o, məktəbi bitirməli imiş. Lakin anası xərçəng xəstəsi olduğu üçün Marqaret bacı-qardaşına və anasına kömək etmək üçün 1932-ci ildə məktəbi yarımçıq buraxıb.

Bu yaxınlarda isə tanışlardan birinin köməkliyi ilə məktəb 97 yaşlı qadının diplomunu ona təqdim edib.

Məktəbin indiki direktoru Qreq Deja Marqaretin insanlara bir örnək olduğunu deyərək rəsmi sənədi ona təqdim edib:

"Marqaret ailə dəyərlərinə görə fədəkarlıq edib. Bu bütün cəmiyyət üçün ilham olmalıdır. Biz bu gün uşaqlara məhz belə şeylər öyrətməyə çalışırıq".

Göz yaşlarını saxlaya bilməyən qadın hisslərini belə ifadə edib:

"Siz ürəkdən hamınıza minnətdaram. Siz bilməzsiniz, mənə necə ağır idi. Mənim məktəbi çox sevirdim, orada dostlarım var idi. Lakin ailəmə qulluq etmək üçün məktəbi atmaq məcburriyətində idim".