Suli səhnədən uzaqlaşmağının səbəbini açıqladı: "Ərə getmişəm"

Suli səhnədən uzaqlaşmağının səbəbini açıqladı: "Ərə getmişəm"
5267 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Suli uzun fasilədən sonra yenidən səhnəyə qayıdır.

Axşam.az-a açıqlama verən sənətçi ailə həyatı qurduğu üçün yaradıcılıqdan uzaqlaşdığını deyib:

“4 ildir ərə getmişəm. Həyat yoldaşım azərbaycanlıdır. Qızım dünyaya gəldi. Onu böyütməklə məşğul idim. İndi 4 yaşı oldu, bağçaya gedir. Sənətə qayıtmağa hazırlaşıram. Tamaşaçıların diqqətini çəkəcək layihələr edəcəm. Mənim yeniliklərim hər zaman rəngarəng, maraqlı və fərqli olub. Bu ənənəyə sadiq qalacam".

Foto: Ramin ASLANOV