Növrəslilər ailəsinin balaca Nailəsi - fotolar

Növrəslilər ailəsinin balaca Nailəsi -  fotolar
4312 dəfə oxunub
  • A-
  • A
  • A+
Tarzən Arslan Növrəsli balaca qızı Nailə ilə fotokamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, “Nargis” dərgisi üçün şəkillər çəkdirən ifaçı övladı ilə bağlı təəssüratlarını bölüşüb:

“Ata olmaq böyük məsuliyyətdir. Qız atası olmaq isə ikiqat məsuliyyətdir. Əvvəl həyat yoldaşımla bir-birimizə hər zaman vaxt ayıracağımıza söz vermişdik. İndi harasa gedəndə qızımızı da özümüzlə götürürük. İçərişəhərdə gəzməyi xoşlayırıq. Uşağın evdə arxanca gəlməsi də romantikdir. Bir neçə gün əvvəl o ilk sözünü dedi. Bu söz “ata” idi. Uşağı 14-15 yaşına kimi tərbiyə etmək lazımdır. Bu bünövrədir. Ondan sonra isə özü-özünü tərbiyələndirəcək. Qızım boynumda oturmağı xoşlayır. İlk vaxtlar Şahindən (qardaşı Şahin Növrəsli - red.) qorxurdu. Çünki onun saçları buruqdur”.

Qesd edək ki, A.Növrəslinin toyu 2013-cü ildə olub. O, Aybəniz adlı xanımla ailə qurub.