Müğənni bu pəhrizlə 23 kiloqram arıqladı

Müğənni bu pəhrizlə 23 kiloqram arıqladı
15789 dəfə oxunub
  • A-
  • A
  • A+

Son vaxtlar hədsiz arıqlayan müğənni Sevinc Musayeva özəl pəhrizinin sirrini açıb.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, insanlar gün ərzində ona arıqlamağın yolları haqda suallar ünvanlayır:

“Hamı necə arıqladığımı bilmək istəyir. Hər gün “Facebook”da çoxlu sayda ismarışlar alıram. Mən sağlam yolla, heç bir dərman qəbul etmədən istədiyim çəkiyə sahib oldum”.

Sevincin 75 kiloqramdan 52 kiloqrama düşdüyü özəl pəhrizi təqdim edirik:

1. İlk üç-beş gün ərzində  heç nə yeməyin, ancaq qazsız adi su için.

2. Öz orqanizminizə uyğun menyu tərtib edin. Mənim menyum belə idi: meyvə-tərəvəz salatı, qatıq, adi suda isladılmış qarabaşaq, yağsız bişirilmiş şorba.

3. Bütün şirniyyatlardan imtina edin. Çayı az için. İnsan çay içəndə şokolad, şirniyyat istəyir.

4. Ağ çörək qəti olmaz. Gündə bir dilim qara çörək yeyə bilərsiniz.

5. Duzsuz ağ pendirdən istifadə edin. Əgər sendviç arzulayırsınızsa, onu qara çörəklə hazırlayın. Suda bişmiş toyuq ətini, pomidoru, xiyarı və duzsuz ağ pendiri qara çörəyin arasına qoyub yeyin.

6. Ət məhsullarından ancaq suda bişmiş toyuq və balıq yemək olar.

7. Hər meyvəni yemək düzgün deyil. Pəhriz zamanı alma və portağal, tərəvəzlərdən isə əsasən xiyarı seçin. Acanda mədəni xiyarla aldatmaq olar.

8. Ən əsası hər gün özünüzü tərəzidə çəkin. Mən hər gün tərəziyə çıxıram, çəkim bir az artıbsa, yenidən iki gün su içməyə başlayıb, əvvəlki halıma qayıdıram.