Müğənni Ledi Qaqa bu dəfə də medianın gündəminə çevrilməyi bacarıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı ifaçı oteldən çıxarkən paparassilərin hədəfində olub. Ağ-qara rənglərə üstünlük verən Ledi Qaqa bu dəfə açıq-saçıq geyimi ilə deyil, eynəyi ilə diqqət çəkib.
Şüşəsinin biri olmayan eynək taxan ifaçı otelin yaxınlığına toplaşmış insanların gülüşünə səbəb olub.