35 yaşlı aktrisa Olqa Kurilenka ana olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı Maks Benitslə evli olan ukrayna əsilli gözəl hələ ki bu barədə heç bir paylaşım etməyib.
Qeyd edək ki, 2008-ci ildə Ceym Bond seriyasından olan filmdə iştirak edən aktrisa keçən il Rassel Krounun rejissorluğu ilə çəkilən filmdə türk qadınını canlandırmışdı.