İlham Əliyev Zaqatalada açılışda - fotolar

İlham Əliyev Zaqatalada açılışda -  fotolar
1327 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.

Axşam.az xəbər verir ki, 2012-ci il mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ Zaqatala rayonunda da ciddi fəsadlar törətmişdi. Çoxlu sayda evlər, sosial təyinatlı binalar dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. İlham Əliyev zərərçəkmiş insanlara təcili yardım göstərmək, dağılmış binaların yerində yeni tikililərin inşası üçün sərəncam və tapşırıqlarını vermişdi.

Zəlzələ zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası da tamamilə qəzalı vəziyyətə düşmüşdü.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. (AzərTac)