Narkomaniyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi üçün Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni video çarx hazırlanıb.
Axşam.az-ın məlumatına görə, çarxda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı əks olunub.
Videoda müxtəlif sahənin insanları rol alıb. Belə ki, ekran işində aparıcı Kamran Quliyev, kikboksçu Pərviz Abdullayev, idmançı Şahin Atamov da rol alıb.