"Yanıldım..." - İlkin Həsəni

"Yanıldım..." -  İlkin Həsəni
2799 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bozbash pictures” komandasının rol aldığı “Axırıncı yol” filminin çəkilişləri başa çatıb.

Axşam.az-ın məlumatına görə, ekran işində rol alan aktyor İlkin Həsəni ekran işi ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu da avqustun 21-dən başlayıb, noyabrın 4-ü bitən “Axırıncı yol”... Bu yol uzun və əziyyətli oldu. Elə bildim ki, bütün yol hamar asfaltdan ibarət olacaq, lakin yanıldım, elə dəhşətli çuxurlara düşdük ki... Amma əsas odur ki, yolda qalmadıq, işimizi alındırdıq. Bu işin ərsəyə gəlməsində isə çox adamın əziyyəti var. Başda sevimli rəhbərimiz Vüqar Qaradağlı olmaqla, quruluşçu rejissorumuz Emil Abdullayev, quruluşçu operator Rəşad Qarayev, ssenari müəllifləri Ənvər, Samid, Elnur, ikinci rejissor Rövşən, rejissor assistentləri Jalə, Mehman, operator Elvin, prodüserlər Rza, Çinarə və başqalarına təşəkkür edirəm. 2016-cı ildə gözünüz “Axırıncı yol”da olsun”.

Qeyd edək ki, filmdə aktyorlar İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, İlkin Misgərli, Nicat Rəhimov və başqaları rol alıb.