"Gossip girl" ("Dedi-qoduçu qız") serialı ilə tanınan aktrisa Bleyk Layvli yeni filmə çəkilir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "The Shallows" ("Dayaz") adlanan ekran işinin çəkilişi zamanı aktrisa əvvəl qısa şort və köynəklə, sonra isə bikini ilə kamera qarşısına çıxıb.
Aktyor Rayan Reyolds ilə evliyindən bir qızı olan 28 yaşlı aktrisa ideal bədən quruluşu ilə diqqət çəkib.