Azərbaycanın hava limanı rusiyalı bloqerin gözü ilə - fotolar
Ölkə
13:54 / 05.11.15
4672dəfə oxunub
A-
A
A+
Rusiyalı bloqer Aleksandr Çeban Heydər Əliyev adına Hava Limanı ilə bağlı yazı hazırlayıb.
Axşam.az-ın məlumatına görə, bloqer buranı “Dünyanın ən gözəl hava limanı” adlandırıb:
“Dünyanın bir neçə hava limanında olmuşam: böyük meqapolisdən tutmuş, kiçik şəhərə qədər... Bakıdakı qədər heyran qaldığım olmayıb. Bakı hava limanını Sinqapurdakı və ya Dubaydakı ilə müqayisə etmək olmaz. Burada hovuz, kəpənəklər bağı yoxdur. Amma burada elə bir ab-hava yaradılıb ki, heyran qalmamaq mümkün deyil. Bir uçuşu gözləyərkən keçirdiyin vaxt çox rahat olur. 65 min kvadratmetr ərazisi olan hava limanı ildə 6 milyondan çox sərnişin qəbul edir. Hava limanı 4 mərtəbədən ibarətdir. Hər mərtəbənin öz gözəlliyi var".