Canlı yayımda aparıcıya: "Ərimlə görüşürsən"

Canlı yayımda aparıcıya: "Ərimlə görüşürsən"
14236 dəfə oxunub
  • A-
  • A
  • A+

Beyaz TV-də yayımlanan "Hayatta her şey var" proqramında gözlənilməz anlar baş verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Nur Viralın aparıcılıq etdiyi proqramda canlı yayıma telefonla bağlanan bir qadın həyat yoldaşının ona xəyanət etdiyini deyir. Məsləhət almaq istəyən qadın ərinin onu tanınmış biri ilə aldatdığını etiraf edib. Ardından həmin adamın aparıcı Nur Viralın özü olduğunu açıqlayınca  studiyada gərginlik yaranıb.

Həyəcandan özünü itirən aparıcı "Bu zarafatdır?" deyərək israrla qadından kim olduğunu soruşub. Az sonra isə zəngin həqiqətən də zarafat olduğu məlum olub.