Axşam.az-ın məlumatına görə, ekran işi “Mediamaster” şirkəti tərəfindən lentə alınır.
Bunla bağlı filmin prodüseri Zamiq İbrahimov jurnalistlərə açıqlamasında deyib. O, “Bəlkə” adlanacaq filmdə Günayın tərəf müqabilinin Cövdət Şükürov olduğunu bildirib:
“Filmin ssenari müəllifi Elçin Muradov, rejissoru Sain Qəhrəmanov, operatoru Elxan Məmmədov, baş prodüseri isə Rüstəm Əliyevdir. “Bəlkə” şərti addır. Melodrama janrında olan filmin bir həftəyə çəkilişləri başlayacaq. Üç aydan sonra təqdimatı olacaq”.