Bir vaxtların məşhur modellərindən olan Sindi Krouford son zamanlar bütün tədbirlərə qızı Kaya Qerber ilə qatılır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 49 yaşlı modelin 14 yaşlı qızı artıq bir ildir ki peşəkar modelliklə məşğul olur.
Qatıldığı tədbirlərdə bir-birinə bənzərlikləri ilə hər dəfə müzakirə olunan ana-qız son günlər yenidən gündəmə gəliblər. Məşhur markalardan birinin təşkilatçılığı ilə keçirilən mərasimdə görüntülənən Sindi və Kaya yenə də diqqətləri üzərlərinə çəkiblər.