Bakıda gənc modellərin Dövlət Bayrağı gününə həsr olunmuş "fashion-kids" uşaq festivalı çərçivəsində moda numayişi keçirilib.
Axşam.az-ın məlumatına görə, tədbirdə 2-13 yaş arası modellər iştirak edib.
Münsif kürsüsündə stilist Anar Ağakişiyev, müğənni Roza Zərgərli, modelyer Gülnarə Xəlilova, model Könül Əzizova, dizayner Hökümə Hacıyeva, modelyer Afaq İsmayılzadə, FMS model agentliyinin rəhbəri Lyubov Qutorova, dizayner Zümrüd Mirzəliyeva əyləşib.
Münsiflərin qərarına əsasən birinci yerə dizayner Gülüm Əsədullayeva, ikinci yerə Sevinc Rzayeva, üçüncü yerə isə Mehriban Əhmədova layiq görülüb.