Nərgiz Paşayeva Mark Smitlə görüşüb - fotolar

Nərgiz Paşayeva Mark Smitlə görüşüb -  fotolar
1784 dəfə oxunub
  • A-
  • A
  • A+

Oksford Universitetinin Nizami Gəncəvi elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri professor Mark Smitlə görüşüb.

Axşam.az-ın məlumatına görə, professor Robert Hoyland görüşdə bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən tanınmış, nüfuzlu və yüksək statusa malik yeganə elmi mərkəzdir.

Böyük Britaniyada işgüzar səfərdə olan M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, professor Nərgiz Paşayeva noyabrın 5-də universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri, misirşünas professor Mark Smitlə Oksford Universitetinin Qriffit İnstitutunda (The Griffith İnstitute http://www.griffith.ox.ac.uk) görüşüb.

Görüşdə professor M.Smit professor Nərgiz Paşayeva ilə tanış olmaqdan məmnunluq hissi keçirdiyini ifadə edib.

Öz növbəsində, N.Paşayeva professor M.Smit ilə görüşməkdən məmnun olduğunu, Azərbaycan elmi irsinin dünya elmi müstəvisində təmsil olunmasında yeni səhifə açıldığını və Mərkəzin rəhbəri kimi üzərinə düşən bu ciddi və məsuliyyətli missiyanın həyata keçirilməsindən qürur duyduğunu bildirib. N.Paşayeva xüsusilə qeyd edib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi müstəqillik illəri ərzində ölkəmizin elm, təhsil sahəsində həyata keçirildiyi ən ciddi və davamlı beynəlxalq layihədir. Ölkəmizin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə daha geniş tanınması üçün dünya şöhrətli nüfuzlu alimlər və tədris ocaqları tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan professor N.Paşayeva Oksford Universiteti və onun rəhbərliyinin ona və onun timsalında Azərbaycan elminə verdiyi belə yüksək etimada və marağa görə onlara öz minnətdarlığını bildirib.

Sonra professor N.Paşayeva həmkarları, o cümlədən Nizami Gəncəvi Mərkəzinin işçi qrupunun üzvləri Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professorları Robert Hoyland və Edmund Herziq, habelə doktor Pol Vordsvors ilə Oksford Universitetinin məşhur Aşmolean muzeyinin qonaq zalında görüşüb.

Belə ki, görüş əsnasında işçi qrup tərəfindən Mərkəzin cari fəaliyyətinə dair məsələlər, o cümlədən Oksford Universitetinin alim və mütəxəssislərindən ibarət arxeoloji ekspedisiyanın Bərdədə bu ilin sentyabr ayında başa çatdırdığı qazıntıların ilkin nəticələri barədə geniş müzakirələr aparılıb. Professor N.Paşayeva Britaniyaya səfəri zamanı 2007-ci ildən həmsədr olduğu İngiltərə-Azərbaycan cəmiyyətinin britaniyalı həmsədri Lord Germanla görüşüb.

Sonda həmsədrlər İngiltərə-Azərbaycan Cəmiyyətinin digər planları və layihələri haqqında bəhs ediblər.