Məşhur animasiya filminin davamı çəkilir - video

Məşhur animasiya filminin davamı çəkilir - video
950 dəfə oxunub
  • A-
  • A
  • A+
2003-cü ilin məşhur animasiya filmi “Balaca balıq Nemo”nun davamı çəkilir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işinin mövzusu bu dəfə mavi və yaddaşsız balıq Dori haqqında olacaq. “Pixar” şirkətinin hazırladığı film “Finding Dory” (“Dorinin tapılması”) adlanır.

Yuxusunda bir səs Nemo və Marlinlə dostlaşan Doriyə keçmişini öyrənməyi söyləyir və mavi balıq axtarışa çıxır. Ancaq bu axtarış hafizəsi zəif olan Dori üçün elə də asan olmur.

İyunda nümayiş olunacaq animasiya filminin ilk treyleri də yayımlanıb.