Əxlaqsız qadın roluna görə aktrisanı döydülər - fotolar

Əxlaqsız qadın roluna görə aktrisanı döydülər - fotolar
5463 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərakeşli aktrisa Loubna Abidar son çəkildiyi filmdə əxlaqsız qadın obrazını canlandırdığı üçün ölkəsində təzyiqlə üzləşib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Kasablankada naməlum şəxslər tərəfindən döyülən aktrisanın qaşı partlayıb, üzü və bədənində isə göy ləkələr yaranıb. Hadisədən sonra getdiyi polis idarəsində isə polislər ona gülərək "nəhayət yumruq yedin" deyiblər, xəstəxana isə aktrisanı qəbul etməyib.

Təhdidlər almağa davam edən Abidar üzünü gizlədərək bir müddət yaşadıqdan sonra Fransaya qaçıb. Fransız "La Figaro" qəzeti mərakeşli aktrisanın sığınacaq üçün müraciət etdiyini yazıb.