Son olaraq "Kurt Seyit ve Şura" serialı ilə ekrana gələn Kıvanç Tatlıtuğ dünən yeni layihəsinin vaxtını açıqlayıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, bir neçə gün əvvəl jurnalistlərlə dalaşan
qardaşı Tuqayın adından üzr istəyib:
"Çox lazımsız bir dava idi. Səhv başa düşülən bir neçə sözə görə baş verdi".
K.Tatlıtuğ iyunda yenin serialın çəkilişlərinin start götürəcəyini deyib. Daha sonra aktyor sevgilisi Başak Dizerlə məkandan ayrılıb.