Kərəm Bürsin: "Evlənmək istəyirəm, amma..." - fotolar

Kərəm Bürsin: "Evlənmək istəyirəm, amma..." - fotolar
5205 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kərəm Bürsin "Grazia" jurnalının qonağı olub.

Axşam.az-ın məlumatına görə, ulduz fotokamera qarşısına keçib və bir çox şeylə bağlı etiraflar edib:

"Anam da, atam da türkdür. Mən 10 aylıq olanda Türkiyədən ayrılmışıq. Atamın işinə görə həyatım boyu gəzib dolaşmışam. Buraya dönmək də ürəyimdən oldu".

Evlilik barədə danışan Kərəm sevgilisi, aktrisa Serenay Sarıkaya ilə münasibətlərinin gözəl olduğunu qeyd edib.

"Evlənmək istəyirəm, bir ailəm, uşaqlarım olsun. Amma hələ ki yox... Hazırda çox gözəl bir münasibətim var. Sevgi insana ilham verir. Məni qadının fikirləri, xəyalları, öz ayaqları üstə dura bilməsi cəlb edir. Dünyada qadın-kişi bərabərliyi yoxdur. Qadınların həyatı daha çətindir. Amma qadınlar kişilərdən daha dəyərli varlıqdırlar. Atam qadınlara qarşı hədsiz hörmətinı mənə də öyrədib. Bununla bağlı çoxlu sosial layihələrdə yer almışam".

Gündəlik həyat tərzinin digər insanlardan çox da fərqli olmadığını deyən aktyor uzun illər ABŞ-da yaşadıqdan sonra ailəsi ilə birgə buraya dönməyin yaxşı tərəflərinin olduğunu deyib:

"Türkiyədə sevgini daha yaxşı hiss edirəm. Burda olmaq çox gözəldir. İnsanlar adımı deyərkən əziyyət çəkmirlər. Xaricdə hər dəfə "Kərəm türk adıdır" demək məcburiyyətində idim. Burada yaşamağı, anamla alış-verişə çıxmağı çox sevirəm. Zövqümü bilir. Bir köynəyim var deşik-deşikdir, amma 10 ildir ki, geyinirəm. Çünki çox rahatdır".