“Qala” qrupunun rəhbəri Ceyhun Əliyev yenilik etməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, silsilə layihələr vəd edən sənətçinin bu silsilədən ilk təqdim etdiyi fərqli fotosessiyası oldu. Klassik geyimdə, motoskillə fotokamera önünə keçən Ceyhun pozlar verib. Digər fotolar qapalı məkanda çəkilib.
Qeyd edək ki, foto-layihənin müəllifi Xəyalə Şirinova və Harley Davidsondur. Menecer Ülkər Zeynalova, stilist Babəkdir. Fotolar Niko Abbasova məxsusdur.