Müğənni Təranə Mahmudova noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində “Modern Jazz” adlı konsert verəcək.
Axşam.az-ın məlumatına görə, sənətçi ifa tərzini dəyişdiyini bildirib:
“İlk konsertimin cazla bağlı olması bəzilərini təəccübləndirəcək. Bir estrada ifaçısı üçün bu böyük addımdır. İllərdir peşəkarlardan caz sənətinin incəliklərini öyrənirəm. Bu konsertə aylardı hazırlaşıram. Bunun üçün mənə mətbuat katibim Tünzlə Məlikova da dəstək olub. Tədbir baş tutduqdan sonra dünya səhnəsinə çıxmağı planlaşdırıram. Caz oxumağım estradadan uzaqlaşmağım demək deyil. İki sahəni də eyni anda davam etdirəcəyəm".