Son ilin ən qalmaqallı boşanmalarından biri sayılan müğənnilər Qven Stefani və Qevin Rossdeylin 13 illik münasibətlərinin bitirmə səbəbi məlum olub.
Axşam.az-ın məlumatına görə, bu barədə "Us Weekly" jurnalı xəbər yayıb. Belə ki, Qevin 3 il imiş ki, uşaqlarının dayəsi ilə münasibətdə imiş. Q.Stefani əri ilə dayə Mindi Mennin fotolarını "iPad"da gördükdən sonra evliliklərini bitirmək qərarı verib. Bu ilin fevralında xəyanət haqda xəbər tutan müğənni avqustda boşanıb. Dayənin bu illər ərzində hər bir geyimi ilə ulduz müğənnini təkrarlaması da medianın marağına səbəb olub.
Hazırda Qven "Voice" şousunda onunla münsiflər kürsüsündə oturan Bleyk Şeltonla sevgilidir.
Qeyd edək ki, bundan əvvəl Ben Afflek və Cennifer Qarner ulduz cütlüyü də dayə xəyanətinə görə ayrılmışdılar.