"Uşaq boynuma sarılıb dedi ki, sizsiniz mənim anam?" - fotolar

"Uşaq boynuma sarılıb dedi ki, sizsiniz mənim anam?" -  fotolar
8385 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı “Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzinə ziyarət edib. 

Axşam.az-ın məlumatına görə,  S.Tofiqqızı uşaqlarla görüşdə duyğulu anlar yaşadıqlarını bildirib:

“Mənimlə birlikdə uşaqları ziyarətə Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin sədr müavini Yasəmən Möhübbətqızı, birliyin Nərimanov şöbəsinin rəhbəri Tamilla Qurbanova, BDU-nun müəlliməsi, şairə İradə Əlili də getmişdi. Bizi mərkəzin rəhbəri Nigar Mənsimova qarşıladı. Uşaqlarla gözəl vaxt keçirdik. Bizim üçün mahnılar oxuyub, şeir söylədilər. Oradakı bir uşaq boynuma sarılıb, “Mən anamı istəyirəm. Sizsiniz mənim anam?” dedi. Çox kövrəldim. Sağ olsun Nigar xanım ki, bu uşaqlara diqqət ayırır, onların qayğısına qalır. “Ümid yeri” 5 minə yaxın valideyn qayğısından məhrum olmuş uşağa sahib çıxıb. Hər kəsi xeyriyyə işləri ilə məşğul olmağa səsləyirəm. Bu sığınacağa qonaq gedib, uşaqları sevindirmək böyük savabdır”.