Birinci xanım sərgidə - fotolar

Birinci xanım sərgidə -  fotolar
1722 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 14-də Müasir İncəsənət muzeyində rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Akademik, Azərbaycan Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Arzu Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq yazıçısı Anar, rəssam Altay Sadıqzadə, ölkənin görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərginin açılışında çıxış edən "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova tədbirə gələn qonaqları salamlayıb:

"Sizi burada görməyə çox şadam. Mən bu sərgiyə uzun müddətdir ki, hazırlaşıram. "Elizium" - mənim sərgimin əsas konsepsiyasıdır. Əfsanələrə görə, "Elizium" ömürlük xoşbəxtliyə məhkum olmuş mübarək ruhların yaşadığı yerdir. Mən sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürümü bildirirəm".

Qeyd olunub ki, sərgilənəcək əsərlərdə xəyali nəbatat bağı mövzusunu tətbiq edib. Aida Mahmudovanın fırçasından ərsəyə gələn rənglər hissiyyatları və emosiyaları əsrarəngiz, ekzotik bitkilər aləminə aparır.

"Elysium" sərgisi dekabrın 13-dək davam edəcək. (buro247.az)