"Kara Sevda" serialında Burak Özçivitlə tərəf müqabili olan Neslihan Atagül ötən gün rəfiqəsi ilə ticarət mərkəzlərindən birində görüntülənib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Atagül jurnalislərlə salamlaşıb. O, bir müddət əvvəl müsahibələrdən birində "kamera qarşısında lazım gəlsə, öpüşərəm də, sevişərəm də" deməsi haqda sualdan utanıb:
"Heç danışmaq istəmirəm O qədər böyüdürlər ki... O qədər səhv yazırlar ki...".
Qeyd edək ki, N.Atagül aktyor Kadir Doğulu ilə sevgilidir.