Məşhur italyan müğənni İnqrid Bakıda təqdimat keçirib.
Axşam.az-ın məlumatına görə, tədbirdə İnqridin həmyerlimiz Vaqif Nağıyevlə duet şəklində səsləndirdiyi “Ümid yağışı” mahnısına çəkdirdiyi klipi təqdim olunub.
İnqrid mahnını həm fransız, həm də Azərbaycan dilində oxuyub. Bəstənin sözləri Gövhər Həsənzadəyə, musiqisi isə Alixanlıya məxsusdur.
Tədbirdə çıxış edən İnqrid təəssüratlarını bölüşüb:
“Bu layihə reklam xarakteri daşımır. Biz buradan maddiyat güdmürük. Bu mənim musiqiyə olan sevgimdir. Klip üzərində 70-ə yaxın insan çalışıb”.
İtalyan müğənni V.Nğıyevlə iş birliklərinin davam edəcəyini deyib. O, 7 mahnıdan ibarət albom hazırladıqlarını söyləyib.
V.Nağıyev çəkilişlərin on gün davam etdiyini vurğulayıb:
“On gün ərzində "Cinealliance" şirkəti ilə çalışdıq. Əminəm ki, mənim sənətdəki ilk addımım uğurlu alındı və belə də davam edəcək”.
Bəstəkar Gövhər Həsənzadə bu layihənin dünyaya təqdim olunacağını bildirib:
“Bizdən hər dəfə keyfiyyətli iş istəyirlər. Biz də bunu etdik. Azərbaycanlı heyətdən ibarət dünya standartlarına cavab verən iş ərsəyə gətirdik. Bu klipi bütün dünyada qürurla təqdim edə biləcəyik”.