Müğənni Adel 3 illik fasilədən səhnəyə dönərək bir neçə rekorda imza atıb.
Axşam.az-ın məlumatına görə, "Hello" mahnısı ilə "YouTube"da və hit-paradlara bir neçə rekord yeniləyən ifaçı daha bir mahnısını təqdim edib.
"25" adlı albomundan olan mahnı "When We Were Young" ("Biz gənc olanda") adlanır.
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Demi Lovato Adelin "Hello" mahnısını səhnədə canlı şəkildə ifa etmişdi.